Şahin Mustafayev Çinə - SƏFƏR EDƏCƏK

Şahin Mustafayev Çinə - SƏFƏR EDƏCƏK Siyasət

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Çinə səfər edəcək.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min Bakıda ÇXR-in yaranmasının 74-cü ildönümünə həsr olunmuş tədbirdə deyib.

Səfirin sözlərinə görə, Şahin Mustafayev Çin-Azərbaycan hökumətlərarası ticarət-iqtisadi əməkdaşlığı üzrə Komitənin doqquzuncu iclasına rəhbərlik edəcək.

Şahin Mustafayev isə öz növbəsində qeyd edib ki, noyabr ayında Çində Komissiyanın növbəti iclasının keçirilməsi nəzərdə
tutulur:

“Ümid edirəm ki, bu iclasda qəbul edəcəyimiz qərarlar Azərbaycan-Çin əlaqələrinin hərtərəfli inkişafına töhfə verəcək. Azərbaycan nümayəndə heyəti eyni zamanda, Şanxay şəhərində keçiriləcək sərgidə də iştirak edəcək”.