Akşenerdən Zəngəzur dəhlizi ilə bağlı - MÜHÜM AÇIQLAMA

Akşenerdən Zəngəzur dəhlizi ilə bağlı - MÜHÜM AÇIQLAMA Siyasət

İYİ Partiyasının sədri Meral Akşener Azərbaycanı antiterror əməliyyatını uğurla başa vurması münasibətilə təbrik edib. 

News24.az xəbər verir ki, bu barədə "Sondakika.com" məlumat yayıb.

Zəngəzur dəhlizinin əhəmiyyətinə diqqət çəkən Akşener bu yolun türk dünyasına əhəmiyyətli töhfələr verəcəyini söyləyib:

''Bu gün bölgənin sülhü və sabitliyi üçün çox əhəmiyyətli bir fürsət var. Bu fürsət yaxşı qiymətləndirilərsə Azərbaycanla Türkiyə arasında birbaşa və fasiləsiz nəqliyyat təmin ediləcək. Bununla da, Türk Dünyasının inteqrasiyası üçün tarixi bir addım atılacaq". 

"Bundan əlavə, Zəngəzur dəhlizinin açılması və onun mərkəzi dəhlizə qoşulması bütün region ölkələrinin, o cümlədən Ermənistanın iqtisadiyyatına böyük töhfələr verəcək”- deyə, o çıxışını sonlandırıb.

Ülkər ABDURAHMANLI