Astarada evdən 6 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Astarada evdən 6 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb Sosial
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sərək kənd sakini R.İsmayılova narkotik vasitə satmaqda şübhəli bilinən həmkəndlisi F.Əliyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 30 qram marixuana aşkar edilib. 

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə F.Əliyevin yaşadığı evdən isə əlavə olaraq 5,6 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.