Azərbaycanda olan Türkiyə hərbçiləri ilə bağlı - MÜHÜM AÇIQLAMA
Siyasət
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının müddətinin bir il uzadılmasına dair qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilib.
News24.az “TRT Haber"ə istinadən xəbər verir ki, layihədə Türkiyə ordusunun mandatının müddətinin noyabrın 17-dən etibarən daha bir il uzadılması qeyd olunub.
Eyni zamanda qanun layihəsində Türkiyənin Rusiya ilə birgə təşkil etdiyi Birgə Monitorinq Mərkəzinin öz fəaliyyətinə uğurla davam etdiyi vurğulanıb. Türkiyənin sözügedən mərkəz vasitəsilə bölgənin təhlükəsizliyinə və tərəflər arasında etimadın qurulmasına töhfə verdiyi bildirilib.
Qumral