"Azərbaycanla əməkdaşlığa önəm veririk" - -Ersin Tatar

"Azərbaycanla əməkdaşlığa önəm veririk" - -Ersin Tatar Siyasət

"Azərbaycanla turizm və neft-qaz sahələrində əməkdaşlığa önəm veririk".

News24.az xəbər verir ki, bu fikirləri Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar mətbuat konfransında bildirib:

"İlk növbədə turizm sahəsi bizim üçün prioritet təşkil edir. Digər tərəfdən ölkəmizin çox zəngin neft-qaz yataqları var. Əlbəttə ki, xüsusilə bu sahədə Azərbaycanın təcrübəsindən faydalanmaq istəyirik. İnanıram ki, bizim əməkdaşlığımız getdikcə daha da güclü inkişaf edəcək".

Fərid Azəri