“Azərbaycanla sülh üçün real imkanlar pəncərəsini görürük” - Mirzoyan

“Azərbaycanla sülh üçün real imkanlar pəncərəsini görürük” - Mirzoyan Siyasət

“Azərbaycanla sülh üçün real imkanlar pəncərəsini görürük”. 

News24.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Hüseyn Əmir Abdullahian  ilə birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, danışıqlar bir neçə mərhələdə gedir və hazırda xüsusilə sülh sazişi layihəsi üzərində iş aparılır.

"Təkliflərimizi təqdim edəcəyik", - o deyib.

Mirzoyan bildirib ki, Bakıdan məhbusların azad edilməsi kimi müsbət impulslar gəlir.

Nazir sülh müqaviləsinin imzalanacağına ümid etdiyini bildirib.

Ayşən