Bakıda 2025-ci ildə yeni metrostansiya açılacaq? - RƏSMİ AÇIQLAMA - VİDEO
Siyasət
Şərti adı "B-04" adlandırılan metrostansiyanın 2025-ci ilin birinci yarısına qədər təhvil verilməsi nəzərdə tutulur.
News24.az xəbər verir ki, bunu Bakı Metropoliteni Tikinti departamentinin baş mühəndisi Əli Musayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, şərti adı B-04 adlandırılan metrostansiyanın inşaatında daha bir mərhələ başa çatıb:
“Bu stansiya 8 noyabr stansiyasından sonrakı stansiyadır. Torpaq qazma işləri tam başa çatıb. Dəmir-beton işləri, yəni gövdə hissəsini tamamlamışıq. Daxili hissələrdə tikinti davam edir. Hazırda stansiyanın çıxışlarının tikintisi üçün hazırlıq gedir. Əlavə olaraq 180 metr uzunluqda olan dəmir yolunun quraşdırılmasına başlanılıb. Plana görə 2025-ci ilin birinci yarısında təhvil verilməsi nəzərdə tutulur”.
Qumral