Binə ticarət mərkəzində geyim oğrusu saxlanılıb

Binə ticarət mərkəzində geyim oğrusu saxlanılıb Sosial
Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə “Binə” ticarət mərkəzində 4 nəfərə məxsus anbarlardan geyim əşyalarının oğurlanması barədə müraciətlər daxil olub. 

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Quliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. 

Hazırda faktla bağlı araşdırma aparılır.