"Biz Zəngəzurda döyüşəcəyik" - Ehtiyatda olan polkovnik-leytenant

"Biz Zəngəzurda döyüşəcəyik" - Ehtiyatda olan polkovnik-leytenant Siyasət

“Biz qeyri-müəyyən vəziyyətdəyik, təxribata meylimiz yoxdur, sadəcə tələbimizi ortaya qoymaq istəyirik”.

News24.az Ordu.az-a istinadla xəbər verir ki, bunu Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyinin binası qarşısında keçirilən etiraz aksiyası zamanı aksiyanın iştirakçısı, Qarabağda mövcud olmuş, artıq ləğv olunan qanunsuz “hərbi birləşmə”nin ehtiyatda olan polkovnik-leytenantı Armen Bağryan jurnalistlərə açıqlamasında deyib.

Bağryan qeyd edib ki, şəxsən onun üç azyaşlı uşağı var, bu gün işi yoxdur.

“Ayağa qalxana qədər o təqaüd ümidimiz idi, amma bu gün hökumətimiz, bilmirəm hansı şəraitdə qeydiyyatdan keçin deyir. Əgər qeydiyyatdan keçməliyiksə, Ermənistan Müdafiə Nazirliyinin əmri ilə niyə bizi gücləndirdilər?”, - deyə o bildirib.

Bağryan bildirib ki, Azərbaycan Ordusu Zəngəzura açıq tələblə gəlir.

“Rəqib Zəngəzura açıq tələblə gəlir, bura toplaşanlar orda döyüşəcək, biz sizin arxanızdayıq. Biz cəbhə xəttinə getməyə və Ermənistanın sərhədlərini qorumağa hazırıq. Cənab Papikyan, sabah bizim kimilər sizin arxanızda dayanacaq, bizə sahib çıxın”, - deyə o əlavə edib.