Bu dövlətlər Ermənistana yardım ayırdı - Qəpik-quruş...

Bu dövlətlər Ermənistana yardım ayırdı - Qəpik-quruş... Siyasət

Ermənilər Qarabağdan könüllü köç edəndən sonra bir sıra dövlətlər Ermənistana maliyyə yardımı edib.

News24.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə erməni mənbələri məlumat yayıb.

Məlumatda pul və humanitar yardım ayıran ölkələrin siyahısı əks olunub.

Həmin siyahını təqdim edirik:

Fransa: €12.500.000

Aİ: €10.200.000

Almaniya: €5.000.000

İtaliya: €4.000.000

Kanada: 2.500.000 dollar

Yaponiya: 2.000.000 dollar

Norveç: 1.850.000 dollar

İsveç: €1.350.000

İspaniya: €1.000.000

Litva: €350.000

Çexiya: €200.000

İran - 60 ton humanitar yardım

Estoniya - nümayəndəlik, yerli yardım

Belçika - həkimlərin göndərilməsi və yanacaq anbarında baş verən partlayışın qurbanlarının müalicə üçün Brüsselə daşınması

Polşa - 3 ton humanitar yardım.