"Cəhənnəm olub Ermənistanda kiminlə görüşürlər görüşsünlər" - Fazil Mustafa
Siyasət
Avropa Parlamentinin fransalı deputatı Nikolas Bay, italiyalı deputat Vinçenzo Sofo və qarşıdan gələn Avropa Parlamenti seçkilərində Fransanın “Reconquête” partiyasının siyahısına rəhbərlik edən Marion Mareşalın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 31-də İrəvana gəlib. Onlar İrəvanda Qarabağdakı keçmiş separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanyanla görüşüblər. Avropalı deputatlar görüş zamanı Azərbaycanın Qarabağda öz suverenliyini bərpa etməsindən narahatlıqlarını dilə gətiriblər. Onlar iddia ediblər ki, guya Azərbaycan Türkiyənin dəstəyi ilə bölgədə xristianlıq izlərinin yox etmək istəyir.
Maraqlıdır, Fransa niyə Azərbaycanın ərazisində yenidən separatçılığın yayılmasına maraqlıdır?
Mövzu ilə bağlı News24.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, Azərbaycan ərazisində hansısa separatçıların izlərinin qalması yolverilməzdir:

“Avropalı depuatatların bu görüşü bizim üçün o qədər narahatçılıq yaradan məsələ deyil. Çünki onlar cəhənnəm olub Ermənistan ərazisində kiminlə görüşürlərsə, görüşsünlər. Orada yeyib-içib dərdləşsinlər, şikayətlərini etsinlər. Amma Azərbaycan ərazisinə daxil olmasınlar. Onların Azərbaycan ərazisindən ayağı kəsildiyinə görə, əlavə bu cür təsəlli üçün addımlar atmalarının bir mənası yoxdur. Azərbaycan ərazisində hansısa qondarma rejimin izlərinin qalması mümkün deyil. Burada ancaq dinc məramla sivil ermənilər yaşaya bilərlər. Bununla bağlı Azərbaycan hökuməti təklifini edib, kim yaşamaq istəsə, buyurub gələ bilər. Kim yaşamaq istəmirsə, separatçı və terrorçu kimi mövcud olmaq istəyirsə, Azərbaycan buna qətiyyən yol verməyəcək. Ona görə də istər fransalı, istərsə də italiyalı, kim olursa olsun, gəlib Ermənistanda istirahət etmək, dincəlmək, kiminləsə görüşmək istəyirlərsə, hansısa arzularını dilə gətirmək istəyirlərsə, biz buna tam sərbəstlik vermişik. O ərazilərdə istədiklərini edə bilərlər. Amma bizim ərazimizə ayaq bassalar, böyük problem yaşayacaqlar. Çünki ancaq dinc məqsədlə və sağlam düşüncə ilə gələn insanlar burada öz mövcudluğunu göstərə, dostcasına müzakirə apara bilərlər. Bu baxımdan da hesab edirəm ki, burada narahatedici heç bir məqam yoxdur. Əsas odur ki, biz qalib gəlmişik, torpaqlarımız işğaldan azad olunub”.