Ceyhun Bayramov BQXK prezidenti ilə görüşdü - FOTO
Siyasət
İsveçrədə səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BQXK-nın prezidenti Mirjana Spolyariç Eggerlə görüşüb.
News24.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Görüş zamanı tərəflər regiondakı son vəziyyət fonunda Azərbaycanla BQXK arasında əməkdaşlığın mövcud vəziyyəti ilə bağlı müzakirələr aparıb.