"Ermənistan Qarabağla birgə Rusiyanı da itirdi" - Rusiyalı POLİTOLOQ
Siyasət
“Paşinyan hökuməti ermənilərin əvəzinə KTMT ölkələrinin döyüşməsini istəyirdi? Biz ki erməniləri Suriya və ya Ukraynada döyüşməyə dəvət etməmişik! Rusiya ilə münasibətləri korlayan Ermənistan özünü Qafqaz dağlarında tamamilə təcrid olunmuş vəziyyətdə gördü. Ermənistanda necə siyasət qururlar? Söhbət ondan gedir ki, Ermənistan hakimiyyəti bu vəziyyətə səriştəli yanaşmalı və tərəfdaşlarının tövsiyələrini dinləməli idi. Putin Qarabağ məsələsini ermənilərin özlərinə xeyir verəcək şəkildə həll etmək üçün əldən verilmiş imkanlardan açıq danışıb”.
News24.az xəbər verir ki, bunu “News.am”a açıqlamasında rusiyalı ermənipərəst politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov danışıb.
O qeyd edib ki, Ermənistanın Baş naziri “Qarabağ Ermənistandır və nöqtə” kimi çox ziddiyyətli bəyanatlar verdi və sonra anlaşılmaz addımlar atdı:“Bu, onu deməyə əsas verir ki, Ermənistan hökuməti Qarabağ məsələsi üzrə fəaliyyət ssenarisi hazırlamayıb və müharibədən qaçmaq, Qarabağın xüsusi statusunu müəyyən etmək, Azərbaycanla razılığa gəlmək və regionda vəziyyəti sabitləşdirmək və Azərbaycanla normal birgəyaşayışı təmin etmək üçün mövcud imkanları əldən verib”.
Politoloqun sözlərinə görə, 2018-ci ilin mayında Ermənistanda yeni siyasi qüvvənin hakimiyyətə gəldiyi andan Qarabağın itiriləcəyi bəlli oldu.
Ermənistan Qarabağı itirməklə Rusiyanı da müttəfiq və tərəfdaş kimi itirməyə başladı”.
Ayşən