"Ermənistanın quraşdırdığı minalar hərbçilərimizin həyatına son qoymaqdadır" - OMBUDSMAN-VİDEO
Siyasət
"İşğaldan azad edilən ərazilərimizdə vaxtilə Ermənistanın quraşdırğı minalar hərbçilərimizin həyatına son qoymaqda davam edir".
News24.az-ın məlumatına görə, bunu Moldova Parlamentinin sədri İqor Qrosu ilə görüş zamanı Azərbaycanın insan hüquqları üzrə müvəkkili, ombudsman Səbinə Əliyeva bildirib.
O deyib ki, ölkəmizin qarşı tərəfdən dəfələrlə mina xəritələrini tələb etməsinə baxmayaraq, Ermənistanın bundan imtina etməsi adı çəkilən ölkənin hakimiyyətinin növbəti dəfə dinc insanların ölümündə maraqlı olduğunu, eləcə də beynəlxalq hüquqa laqeyd münasibətini göstərir.
Moldova Parlamentinin rəhbərinə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi hərbi cinayətlər barədə ətraflı məlumat verən S. Əliyeva vurğulayıb ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşən 4000 nəfərin taleyindən hələ də məlumat yoxdur.
Onun sözlərinə görə, bu cür faktlar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi cinayətlərin, eləcə də beynəlxalq hüququ kobud şəkildə pozmasının sübutdur.
Ölkələrimiz arasında ikitərəfli siyasi dialoqun səviyyəsindən məmnunluğunu ifadə edən İqor Qrosu əlavə edib ki, ölkəsi haqlı mübarizəsində daim Azərbaycanın yanında olub.
Spiker onu da vurğulayıb ki, Moldova Azərbaycanda baş verən hadisələri diqqətlə izləyir:
"Moldova ilə Azərbaycan arasındakı sıx əlaqələr və müxtəlif sahələrdəki səmərəli əməkdaşlıq e umi dəyərlərə, eləcə də sülh və sabitliyə əsaslanır. Biz bu əlaqələri daha da möhkəmləndirmək istəyirik".
Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun da iştirak etdiyi görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ətraflı RTV-də: