Fransa Ermənistanda qoşun yerləşdirir? - – Rusiyaya qarşı ŞOK PLAN
Siyasət
Ermənistan hökumətinin Rusiya hərbi bazasını ölkədən çıxarmağı və onu Fransa hərbi bazasıyla əvəz etməyi planlaşdırdığı iddia edilir. Bu məsələnin bir neçə gün əvvəl Paris və İrəvan arasında hərbi sazişin imzalanması fonunda gündəmə gəlməsi diqqət çəkir.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay News24.az-a müsahibəsində bildirib ki, NATO üzvü olan Fransanın Ermənistanda hərbi bazasının olması yeni qarşıdurmaya xidmət edə bilər.
“Fransa Ermənistana silah yardımı edir. Baş nazir Nikol Paşinyan artıq Rusiya hərbi birləşmələrinin ölkəsində qalmasını istəmir. Rusiyanın Ermənistanı tərk etməsi ilə Fransa hərbi gücləri Ermənistana yerləşəcək? Paris İrəvana hücum raketləri verməklə nəyi hədəfləyir? Əgər Rusiya Ermənistanın Fransa üzərindən Qərbə açılmasına göz yumarsa və rus əsgərləri Ermənistandan çıxarsa, o zaman Fransa ikili sazişlər əsasında buraya qoşun yerləşdirə bilər ki, bunun da məqsədi açıqlanmalıdır. Fransanın Ermənistana verdiyi silahlar Rusiyaya qarşı istifadə ediləcək yoxsa Ermənistanın Qərb arzularının reallaşmasına mane olmaq üçün planlanan çevrilişin qarşısını almaq üçündür? Həm Azərbaycan, həm də Türkiyə bu məsələni ciddi müzakirə etməlidir. Gələcəklə bağlı ehtimallar nəzərə alınmasa, Cənubi Qafqaz böyük bir təhlükə ilə qarşı-qarşıya qala bilər”, - H. Oktay qeyd edib.
Akqabay Mıradov