"Rusiyanın Qara dənizdə nəzarəti itirdiyini söyləmək sadəlövhlükdür" - Gürcü politoloq
Siyasət
Dünən Novorossiysk körfəzində pilotsuz katerlər Rusiyanın iri desant gəmisinə hücum edib. Bundan əlavə, həmin gecə Kerç boğazında Rusiyaya məxsus SIG neft tankerinə də hücum olub. Xüsusi əməliyyatı Ukrayna Hərbi Dəniz Qüvvələri həyata keçirib. Hadisədən sonra Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib ki, mövcud hadisələr Rusiyanın Qara dənizdə hökmranlıq dövrünün başa çatdığını göstərir.
Onun sözlərinə görə, 2022-ci ilin aprelində “Moskva” kreyserinin batırılması bu hadisənin başlanğıcı oldu. Hazırda şahid olduqlarımız isə baş verənlərin məntiqi davamıdır.
M. Podolyakın qənaətincə, rəsmi Moskvanın həyata keçirdiyi raket hücumları zəifliyini pərdələmək məqsədi daşıyır:
"Mən heç də hər şeyin bitdiyini nəzərdə tutmuram. Hansısa prosesin bitməsi digərinin başlanması deməkdir. Yəni, Rusiya hələ bir müddət də regionda hegemonluğa yiyələnmək üçün mübarizə aparacaq. Amma bu mübarizənin sonu artıq indidən hər kəsə məlumdur. Rusiyanın məğlubiyyətinə az qaldığını sözdə neytrallıq göstərən, əməldə isə onun yanında olan ölkələr də başa düşməlidir. Onlar bu addımı bu səbəbdən atır ki, hər dəfə öz enerji daşıyıcılarının ixracı üçün Rusiyaya məxsus limanlardan istifadə edirlər".
Bir sıra siyasi-ekspertlər Ukrayna təmsilçisinin fikirlərinə skeptik yanaşır.

Gürcü politoloq Giorgi Qoqua News24.az-a açıqlamasında bildirdi ki, hazırda Rusiya Krım yarımadası, Azov dənizi akvatoriyası, eləcə də Qara dənizin cənub-şərq sahilinə nəzarət edir. Onun sözlərinə görə, belə olan halda real vəziyyəti nəzərdə almadan yayılan açıqlamalar gerçəyi dəyişmir:
"Bu cür bəyanatları vermək üçün gərək real vəziyyətdən ümumiyyətlə xəbərdar olmayasan. Çünki Rusiyanın Qara dənizdə nəzarəti artıq itirdiyini söyləmək sadəlövhlükdən başqa bir şey deyil. Rusiya heç vaxt Krımın itirilməsinə imkan verməyəcək. Çünki bu, Kreml üçün Qara dənizə nəzarəti də əldən qaçırmaq deməkdir. Kreml daim bu su hövzəsinə ölkənin mühüm strateji nöqtələrindən biri kimi yanaşıb. Hazırda həm Ukrayna, həm də Qərblə münaqişə fonunda Qara dəniz regionunun rolu dəfələrlə artıb".
Fərid Azəri
Onun sözlərinə görə, 2022-ci ilin aprelində “Moskva” kreyserinin batırılması bu hadisənin başlanğıcı oldu. Hazırda şahid olduqlarımız isə baş verənlərin məntiqi davamıdır. M. Podolyakın qənaətincə, rəsmi Moskvanın həyata keçirdiyi raket hücumları zəifliyini pərdələmək məqsədi daşıyır: