Hüseyn Altınalanın vəzifə müddəti - BAŞA ÇATDI
Siyasət
Türkiyənin Azərbaycandakı səfirliyinin media üzrə müşaviri Hüseyn Altınalanın vəzifə müddəti bitib.
News24.az xəbər verir ki, bu barədə H. Altınalan özü məlumat verib.
“Əziz dostlar, mənim Bakıda Vətən Müharibəsindən bir az əvvəl başlayan vəzifəm bu gündən başa çatdı. Allaha şükür, Allah mənə Qarabağ zəfərini görməyi və bu qələbəyə az da olsa töhfə verməyi nəsib etdi. Mən vəzifədə olduğum müddətdə ölkələrimizi daha da yaxınlaşdırmağa, qardaşlıq hisslərini gücləndirməyə çalışdım. Mənim səylərimə verdiyiniz töhfəyə, isti və mehriban münasibətinizə görə hər birinizə ayrı-ayrılıqda təşəkkür edir, işinizdə uğurlar arzulayıram. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Qarabağ Azərbaycandır”, - Hüseyn Altınalan qeyd edib.
O, 2019-cu ildən Türkiyənin Azərbaycandakı səfirliyinin media üzrə müşaviri vəzifəsini icra edirdi.
Akqabay