"İlham Əliyev xalqımızın alternativsiz lideridir" - İqbal Məmmədov
Siyasət
Bir mənalı şəkildə deyə bilərik ki, Azərbaycan xalqı xoşbəxdir ki, onun arzu və istəklərini yerinə yetirən lideri var.
News24.az xəbər verir ki, bunu millət vəkili İqbal Məmmədov Milli Məclisin bu gün keçirilən xüsusi iclası zamanı deyib.
Onun sözlərinə görə, İlham Əliyev prezident seçildikdən sonra Heydər Əliyev kursunu uğurla davam etdirdi:
« İlham Əliyev klassik və müasir dövrün liderlərin cəhətlərinini özündə birləşdirir. İstər Azərbaycan xalqı, istərsə də dünya ölkələri 44 günlük müharibədə İlham Əliyevin əzmkarlığını, qətiyyətini, xarizmasını gördü. İstər xaric siyasətdə olsun, istərsə də daxili siyasətdə İlham Əliyev uğurlu siyasət yürüdür. Onun diqqəti nəinki şəhər və qəsəbələrin, bütövlükdə ölkənin siimasını dəyişdi. Öz adını Ən Yeni Azərbaycan tarixinə qızıl hərflərlə yazıran siyasətçi oldu. Xalqımız bundan sonra da İlham Əliyevin ətrafında sıx birləşəcək. O, xalqımızın alternativsiz ilderidir».