İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda - FOTO

İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda - FOTO Sosial
Fevralın 7-də prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıya gedib.

News24.az xəbər verir ki,  fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat veriblər.

Prezident İlham Əliyev zəlzələdən zərərçəkən tikililərə baxıb, sakinlərlə söhbət edib.