"İlham Əliyev dünyada sönməyən separatizm ocağını söndürdü"

"İlham Əliyev dünyada sönməyən separatizm ocağını söndürdü" Siyasət

Azərbaycan Prezidenti Cənubi Qafqaza olan baxışları dəyişə bildi. İndi Azərbaycanın uğurlu siyasəti nəticəsində Cənubi Qafqaz Avropaya açılan qapıdır.

News24.az xəbər verir ki, bunu deputat Elşad Mirbəşiroğlu Milli Məclisin bu gün keçirilən xüsusi iclası zamanı deyib.

O bildirib ki, İlham Əliyevin uğurlu siyasəti nəticəsində dünyada 20-ci əsr boyu sönməyən separatizm ocağını söndürdü:

"Dünyada 51 aktiv separatizm ocağı var. Separatizm ocaqları qurunun 8.5 faizini təşkil edir. Dünyada 20-ci əsrdən bəri separatizm ocağının sönməsi olmayıb. Məhz İlham Əliyev torpaqlarımızı azad etməklə bu sahədə nümunə yarada bildi. Onun təqdim etdiyi bu nümunə separatizmlə mübarizə yolunda mayak rolunu oynayacaq. Prezidentimiz 2020-ci ilə qədər torpaqlarımızı dünyada beynəlxalq iclaslarda, 2020-ci ildə isə hərb yolu ilə azad etdi".

Qeyd edək ki, bu gün Milli Məclisin xüsusi iclası keçirilir. Toplantıda İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin bəyanatı qəbul ediləcək.

Qumral