"İncimiş uşaq siyasəti ilə Rusiyanı özünə gətirməyə çalışırsan?" - Paşinyanın çətin anları

"İncimiş uşaq siyasəti ilə Rusiyanı özünə gətirməyə çalışırsan?" - Paşinyanın çətin anları Siyasət

Ən böyük problem ondan ibarətdir ki, KTMT faktiki olaraq de-yure Ermənistanda öz məsuliyyət zonasını qeydiyyatdan keçirməkdən imtina edir. Demək istərdim ki, biz KTMT-dən imtina etməmişikBiz bunu ödəyə bilmərik”.

News24.az “News.am”a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən hökumət saatında çıxışı zamanı deyib.

“Ermənistan” blokundan olan deputat Aqnes Hamoyan Paşinyana “KTMT-dən çıxmaq üçün zəmin hazırlayırsınızmı?”- deyə sual ünvanlayıb. 

“Ermənistan KTMT baş katibinin müavininin kvotasından imtina edib, təşkilatdakı nümayəndəsini geri çağırıb və KTMT-nin Ermənistandakı hərbi təlimlərindən imtina edib. Bütün bunlar nə deməkdir, siz KTMT-dən çıxmaq üçün zəmin hazırlayırsınızmı?  Belə deyilsə, onda incimiş uşaq siyasətinin köməyi ilə KTMT-ni, xüsusən də Rusiyanı özünə gətirmək qərarına gəlmisiniz?”, - deyə Hamoyan soruşub.

Qeyd edək ki, bundan əvvəl Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında KTMT-nin Minskdə noyabrın 23-də keçiriləcək iclasında iştirak etməyəcəyini bildirib . 

Kremlin sözçüsü Dmitri Peskov da öz növbəsində Rusiyanın bundan təəssüfləndiyini bildirib.

Ayşən