İstanbuldakı gizli görüşü ABŞ da təsdiqlədi: - Qarabağla bağlı...

İstanbuldakı gizli görüşü ABŞ da təsdiqlədi: - Qarabağla bağlı... Siyasət

Amerika Birləşmiş Ştatları Azərbaycan ordusunun antiterror tədbirlərindən bir neçə gün əvvəl ABŞ, Aİ və Rusiyanın yüksək rütbəli rəsmilərinin Qarabağla bağlı Türkiyədə gizli danışıqlar aparması haqda məlumatı təsdiqləyib.

News24.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən “Amerikanın səsi”nə bildirilib.

“Sentyabrın 17-də İstanbulda keçirilən görüş Qarabağda humanitar məsələlərə yönəlib. Birləşmiş Ştatlar vəziyyətə dərindən qarışmaqda davam edir və tərəflərə Cənubi Qafqazda davamlı sülhə nail olmaqda kömək etmək öhdəliyi götürür”, - məlumatda deyilir.

Xatırladaq ki, ABŞ-ın “Politico” nəşri Rusiya, ABŞ və Aİ rəsmilərinin sentyabrın 17-də İstanbulda Qarabağdakı vəziyyəti müzakirə etmək üçün gizli görüşdüyü barədə məqalə dərc edib. Nəşrin yazdığına görə, görüşdə ABŞ-ı Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono, Aİ-ni Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar və Rusiyanı Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayev təmsil ediblər.

Akqabay