Kiyevdə insan oğurluğunda ittiham olunan azərbaycanlı həbs edilib

Kiyevdə insan oğurluğunda ittiham olunan azərbaycanlı həbs edilib Kriminal
Ukrayna paytaxtı Kiyevdə Azərbaycan vətəndaşı insan oğurluğunda ittiham edilərək həbs edilib.

Kiyevin Solomensk rayonu polisi 1983-cü il təvəllüdlü Haqverdiyev Xəyyam Xəlil oğlunu insan oğurluğu ittihamı ilə saxlayıb.

Rayon məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Saxlanılan şəxs ittihamla razılaşmayıb, hüquqi yardıma ehtiyacı olduğunu bildirib.