Meksikada yaşayış evində 11 nəfər qətlə yetirildi

Meksikada yaşayış evində 11 nəfər qətlə yetirildi Kriminal
Meksikanın Çiuaua ştatının Syudad-Xuares şəhərində bir qrup silahlı şəxs yaşayış evində 11 nəfəri qətlə yetirib.

Bu barədə ştatın Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, ölənlərdən 8-i kişi, 3-ü isə qadındır. Bəziləri əli bağlı olan meyitlərin üzərində işgəncə izləri aşkar edilib.

Hücumun iki yerli cinayətkar qrup arasında olan münaqişə zəminində törədildiyi ehtimal edilir.

// Report


Meksikada yaşayış evində 11 nəfər qətlə yetirildi