"Münasibətlər təhlükəyə çevrilir, biz aciz dovşan kimi.. " - Hovannisyan

"Münasibətlər təhlükəyə çevrilir, biz aciz dovşan kimi.. " - Hovannisyan Siyasət

"Rusiya ilə münasibətlərin gərginləşməsi getdikcə daha təhlükəli xarakter alır. Ən pisi odur ki, vəziyyət normal olaraq qəbul edilməyə başlayır. Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi artır. Hökumət  səlahiyyətliləri üçün bu, onlara aydın ssenari ilə davam etməyə imkan verən taktiki rahatlıq vəziyyətidir”.

News24.az “Hraparak”a istinadla xəbər verir ki, bunu erməni ekspert Vahe Hovannisyan deyib.

Ekspert bildirib ki, Rusiya ilə münasibətlərin gərginləşməsi riskləri artır.

Onun sözlərinə görə, indiki məqamda Rusiya-Paşinyan münasibətlərini Rusiya-Ermənistan münasibətlərindən ayırmaq lazımdır: 

“Mövcud müxalifət hesab edir ki, Nikola qarşı olmaq avtomatik olaraq rusların qarşısında dilsiz qalmaq, xoşagəlməz söz deməmək və poçtalyonun Moskvadan “fırıldaqçı” gətirməsini gözləmək deməkdir.  

Bu vəziyyət dövlət üçün çox təhlükəlidir. Son günlər Moskvadan, Vaşinqtondan, Brüsseldən, Ankaradan, Bakıdan, İrəvandan verilən açıqlamalar sübut edir ki, biz güclülərin toqquşmasının mərkəzində aciz dovşan kimi çıxmışıq”.

Ayşən