Nazir Şuşadakı iclasa qatılacaq
Siyasət
Oktyabrın 10-da İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası Azərbaycan Respublikasının sədrliyi altında Şuşa şəhərində keçiriləcək.
News24.az xəbər verir ki, bu barədə XİN-dən bildirilib.
Qeyd edilbi ki, tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov iştirak edəcək.
"Tədbir zamanı nazir Ceyhun Bayramovun yüksək səviyyəli xarici rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi, habelə mətbuat konfransında bəyanat ilə çıxış etməsi nəzərdə tutulur", - məlumatda vurğulanıb.