"O fəaliyyəti boyu daim vədinə əməl etdi" - Kamilə Əliyeva

"O fəaliyyəti boyu daim vədinə əməl etdi" - Kamilə Əliyeva Siyasət

"İlham Əliyev prezident seçildiyi ilk gündənn söz vermişdi ki, Azərbaycanı dünyanın ən qüdrətli dövlətinə çevirəcək. O fəaliyyəti boyu daim vədinə əməl etdi".

News24.az xəbər verir ki, bunu millət vəkili Kamilə Əliyeva Milli Məclisin bu gün keçirilən xüsusi iclası zamanı deyib.

O bildirib ki, hər bir azərbaycanlı prezidentinə inanır, harada yaşamasından asılı olmayaraq öz liderinə etimad göstərir: "Xalqın İlham Əliyeva etimadı, prezidentin xalqına sevgisi elə 44 günlük Vətən Müaribəsində də özünü göstərdi. Ali Baş Komandanın ətrafına toplaşan gənclər Qarabağı düşmən tapdağından azad etdi. İlham Əliyev dünya siyasətçiləri içərisində nüfuzlu siyasətçi kimi tanınır. Prezident siyasi sahədə olduğu kimi iqtisadi sahədə də gücümüzü artırır. Beləliklə, beynəlxalq aləmdə də nüfuzumuz artır". 

Qeyd edək ki, bu gün Milli Məclisin xüsusi iclası keçirilir. Toplantıda İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin bəyanatı qəbul ediləcək.

Qumral