Paşinyanın yerinə seçilə biləcək nüfuzlu siyasətçi yoxdur - – SENSASİON AÇIQLAMA
Siyasət
Ermənistanı Baş Naziri Nikol Paşinyan ölkənin bütün təhıükəsizlik problemlərinin həll olunacağına əmin olarsa istefa verə biləcəyini açıqlayıb.
Paşiyanın istefası onun Rusiya qarşısında məğlubiyyətinin etirafı və Rusiya meyilli qüvvələrin aktivləşməsi deməkdir.
Bəs Paşinyanın hakimiyyətdən getməsinin Azərbaycan üçün hansı müsbət və mənfi nəticələri ola bilər?
Bu barədə siyasi ekspert Abutalıb Səmədov News24.az-a açıqlama verib.
Ekspertin sözlərinə görə, Ermənistan ciddi çağırışlar qarşısındadır.
O bildirib ki, Paşinyanın istefa vermək niyyəti yoxdur. Bu, sadəcə bəyanatdır. O, heç vaxt bu addımı ata bilməz.
A.Səmədov qeyd edib ki, Paşinyan istefa verərsə, Azərbaycan üçün müəyyən problemlər yarana bilər. Çünki Paşinyanla sülh danışıqları zamanı bir çox razılaşmalar əldə olunub. Paşinyanın istefası baş verdiyi təqdirdə onun yerinə gələcək yeni baş nazir bu razılaşmaları poza bilər. Ona görə də ,Azərbaycan Paşinyanın hakimiyyətdə qalmasına maraqlıdı"r.
Ekspert diqqətə çatdırıb ki, Paşinyanın yerinə seçilə biləcək nüfuzlu siyasətçi yoxdur:
Rusiyanın Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq və onun istefasını həyata keçirmək üçün göstərdiyi cəhdlər boşa çıxacaq.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra Paşinyan istefa verib və yenidən seçkilər keçirilib. O, seçkilərdə səs çoxluğu ilə yenidən seçilib.
Ülkər ABDURAHMANLI