Prezident 1262 hərbçini təltif etdi

Prezident 1262 hərbçini təltif etdi Siyasət

Prezident İlham Əliyev bu gün imzaladığı Sərəncamla Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhədi Xidməti tərəfindən ümumilikdə 1262 nəfər təltif edilib.

News24.az-ın xəbərinə görə, təltif olunanların siyahısında 206 nəfər sentyabrın 19–20-də Qarabağda aparılan antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçular, 8 nəfər sentyabrın 19-da Əhmədbəyli–Füzuli–Şuşa yolunun 58-ci kilometrliyində mina partlayışı nəticəsində şəhid olan polis əməkdaşları, 1 nəfər Vətən Müharibəsində itkin düşmüş və şəhid statusu almış hərbi qulluqçu və 1 nəfər Vətən Müharibəsinin iştirakçısı, I qrup müharibə əlili var.