Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib

Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib Siyasət
Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. SOCAR-ın prezidenti Rövnəq Abdullayev müəssisədə görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.
Prezident İlham Əliyev zavodu işə salıb. Sonra dövlət başçısı müəssisənin kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

//Report