Qafqazın inkişafı üçün Bakını dəstəkləyəcəyik - Mordu
Siyasət
Azərbaycan Cənubi Qafqazda Avropa Birliyinin mühüm tərəfdaşıdır.
News24.az xəbər verir ki, bunu Avropa Şurası prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşündən sonra özünün X səhifəsində yazıb.
"AB dinc və çiçəklənən Cənubi Qafqazın inkişafı üçün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləməyə davam edəcək", - paylaşımda qeyd olunub.