Qarabağın erməni sakinlərinin nümayəndələri Yevlaxda görüşə RAZILAŞDILAR - Prezident Administrasiyası

Qarabağın erməni sakinlərinin nümayəndələri Yevlaxda görüşə RAZILAŞDILAR - Prezident Administrasiyası Siyasət

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçiriləcək.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında bildirilib.