Qərbi Azərbaycan toponimləri ilə bağlı - elektron baza yaradılacaq

Qərbi Azərbaycan toponimləri ilə bağlı - elektron baza yaradılacaq Siyasət

Qərbi Azərbaycan toponimləri ilə bağlı elektron bazanın yaradılması istiqamətində işlər aparılır.

News24.az Metbuat.az-a istinadla xəbər verir ki, bunu Coğrafiya İnstitutunun direktoru Zakir Eminov Milli Məclisdə "Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək" mövzusunda ictimai dinləmədə deyib.

O bildirib ki, yaxın vaxtlarda bu istiqamətdə işlər yekunlaşacaq.