Qəzzalılar bunu etməklə öz məhvlərinə qərar veriblər - Politoloq

Qəzzalılar bunu etməklə öz məhvlərinə qərar veriblər - Politoloq Siyasət

"Fələstin xalqının başına gələn bəlaların günahkarı ərəb dünyasıdır". 

News24.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov öz feysbuk hesabında deyib. Politoloq qeyd edib ki, Qəzza xalqı HƏMAS-ı özlərinə lider seçməklə öz məhvlərinə qərar veriblər:

"İsrail 1948-də dövlət elan ediləndə ərəblər səhərisi gün birləşib, ona müharibə elan etməkdənsə, özlərini sivil aparıb İsrail dövlətini tanısaydılar (hansıki sonradan əksəriyyəti bunu etdi və sülh müqaviləsi imzaladı) indi Fələstin xalqı bu günə düşməzdi. İsraili fələstinlilərə düşmən edib, sonra özləri geri çəkildilər. İndi də heç biri yaxına gəlmir. Səsləri çıxmır. Fələstinlilər isə onlardan geri qalmır. Təbii ki, yarısından çoxu Qərbi Şəriyyədə yaşamaqla ağıllı iş görürlər. Amma Qəzzadakılar isə HƏMAS-ı özlərinə lider seçməklə öz məhvlərinə qərar veriblər. Əgər onların seçdikləri rəhbər təşkilat olan HƏMAS bugünkü durumlarına görə məsuliyyət daşıyırsa, hansıki bu belədir, onda cəzasını da onu seçdikləri Qəzza xalqı çəkir. Biz fələstinlilərdən çox fələstinli ola bilmərik".

"Əgər onların böyük əksəriyyəti Qərbi Şəriyyədə İsraillə birlikdə sakit yaşamağı seçibsə, eyni zamanda, rəsmi olmasa da Fələstin dövləti kimi qəbul edilirsə və bir hissəsi də HƏMAS-ın əlində, HƏMAS-ın da müxtəlif güclərin əlində oyuncaq olmasını seçibsə, burda danışmağa artıq heç nə qalmır. Fələstinlilərdən çox kimsə öz məsələlərini yaxşı bilə bilməz. Onlar öz aralarında birləşə bilmirlərsə, başqalarına nə demək olar? Olan günahsız körpələrə olur. Böyüklərin hamısı bu və ya digər şəkildə günahkardır".

Aynurə


Qəzzalılar bunu etməklə öz məhvlərinə qərar veriblər - Politoloq