"Rusiya ilə müharibə Polşanın sonu olacaq?" - ŞƏRH
Siyasət
Rusiyanın Ukraynaya təcavüzü fonunda qərbdə rusmeylli ekspertlər yenidən baş qaldırıb. Belə ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Skott Ritter "The Geopolitics In Conflict Show" YouTube kanalına müsahibəsində Rusiya ilə müharibənin Polşanın sonunu gətirəcəyini deyib.
O, əlavə edib ki, hazırda rəsmi Varşava ordu quruculuğuna milyardlarla avro xərcləsə də baş verə biləcək hərbi toqquşmada Rusiyaya məğlub olacaq.

Türkiyə Silahlı Qüvvələrinin istefada olan generalı, hərbi ekspert Yücel Karauz S. Ritterin fikirləri ilə qismən razıdır. O deyir ki, hərbi intervensiyanın reallaşması NATO haqqında Əsasnamənin 5-ci maddəsini aktuallaşdıracaq, müharibənin arealını isə genişləndirəcək:
"Bunu isə nə Rusiya, nə ABŞ, nə də Avropa istəyir. Ona görə də mən hesab edirəm ki, hələ buna vaxt var. Əlbəttə ki, Rusiya-Polşa müharibəsi Belarus və Kalininqrad ərazisindən başlayacaq, amma istənilən halda bu iki dövlətin arasında Belarus var. Belə bir vəziyyətdə NATO və Avorpa İttifaqının üzvü olan Polşa öz hərbi gücünü artırmaqda olan ölkədir. Rusiya isə qolları uzun boksçunu xatırladır. Onlar birbaşa döyüşə başlamadan da rəqibini döyə bilirlər. Rusiya isə yaxşı silahlaıb Müharibə başlasa Polşa Ukraynanın vəziyyətinə düşəcək. NATO-nun prosesə müdaxiləsi isə cəbhəni Moskvaya qədər uzadacaq. Bu isə artıq III Dünya müharibəsi deməkdir".
Fərqli düşünənlər də az deyil.
Gürcü əsilli siyasi ekspert Gela Vasadze hesab edir ki, Ritter kimi "ekspertlər" çoxdan Rusiyanın "maşa"sına çevrilib:

"Skott Ritter kimi özünü kəşfiyyatçı adlandıranların hamısı Rusiyaya satılıb. Kəşfiyyatçılar kifayət qədər yüksək məbləğdə təqaüd alır. Bu səbəbdən də onun niyə satıldığını başa düşə bilmirəm Polşa NATO-nun üzvüdür, Rusiya isə Ukraynaya hücum etməklə artıq sonunu gətirib. Müharibə gəlincə, o çoxdan başlayıb. Ən azı 6 aydır cəbhədə, 2014-cü ildən isə siyasi arenada davam edir. Hesab edirəm ki, bununla bağlı fikir söyləməyim mənasızdır. 2008-ci ildən Rusiya qonşu dövlətlərə qarşı açıq şəkildə aqressiya nümayiş etdirməyə başlayıb".
O bildirib ki, əslində Üçüncü Dünya müharibəsi 2014-cü ildən başlayıb.
Fərid Azəri