Rusiya İstanbuldakı gizli görüşü TƏSDİQLƏDİ: - Qarabağla bağlı...

Rusiya İstanbuldakı gizli görüşü TƏSDİQLƏDİ: - Qarabağla bağlı... Siyasət

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan ordusunun antiterror tədbirlərindən bir neçə gün əvvəl ABŞ, Aİ və Rusiyanın yüksək rütbəli rəsmilərinin Qarabağdakı vəziyyətlə bağlı Türkiyədə gizli danışıqlar aparması məsələsini şərh edib.

News24.az xəbər verir ki, Peskov Moskvanın antiterror tədbirlərindən əvvəl Qərb nümayəndələri ilə əlaqə saxladığını təsdiqləyib.

O qeyd edib ki, bu təmaslar “Politico”-nun yazdığı təmaslar olmayıb: “Təsvir olunduğu kimi deyil. Bu materialda çoxlu qeyri-dəqiqliklər, çoxlu səhvlər var. Qarabağ məsələsi ilə bağlı müəyyən təmaslar olub, təbii ki, olub, amma bu, orada yazılan danışıqlar deyil”.

Xatırladaq ki, ABŞ-ın “Politico” nəşri Rusiya, ABŞ və Aİ rəsmilərinin sentyabrın 17-də İstanbulda Qarabağdakı vəziyyəti müzakirə etmək üçün gizli görüşdüyü barədə məqalə dərc edib. Nəşrin yazdığına görə, görüşdə ABŞ-ı Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono, Aİ-ni Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar və Rusiyanı Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayev təmsil ediblər. 

Akqabay