Rusiyadan Zəngəzur dəhlizi - AÇIQLAMASI
Siyasət
“Zəngəzur dəhlizi Cənubi Qafqazda ümumi sabitləşmə üçün çox mühüm amil olacaq”.
News24.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində deyib.
O bildirib ki, iyunun 2-də üçtərəfli işçi qrupunun sonuncu görüşü baş tutanda tərəflər nəqliyyat kommunikasiyalarının açılması istiqamətində mühüm irəliləyişin olduğunu qeyd ediblər.
Qaluzin Zəngəzur dəhlizini Ermənistan ərazisindən keçdiyi üçün Meqri marşrutu adlandırdığını söyləyib.
“Mən Meqri marşrutu adından istifadə etməyi üstün tuturam. Bəli, Azərbaycanda buna Zəngəzur dəhlizi deyirlər. Deyək ki, bu formula hər kəsə uyğun gəlir, biz azərbaycanlı və erməni tərəfdaşlarımıza razılıq əldə etməkdə fəal kömək edirik. Biz inanırıq ki, bu, Cənubi Qafqazda ümumi sabitləşmə üçün çox mühüm amil olacaq. Bu, bütün Transqafqaz dövlətlərinin iqtisadi inkişafına töhfə verəcək, çünki bu halda Ermənistanın nəqliyyat-logistika mərkəzinə çevrilmək, Azərbaycan, Türkiyə və Rusiya ilə nəqliyyat əlaqələrini gücləndirmək və genişləndirmək imkanı olacaq. Azərbaycan ölkənin iki bölgəsi arasında fasiləsiz nəqliyyat əlaqəsinə malik olmaq imkanı əldə edəcək. Cənubi Qafqazda vəziyyətin ümumi sabitləşməsi isə Ermənistanla Azərbaycan arasında gələcək üçün etimadın əsaslarının möhkəmlənməsinə xidmət edəcək. Beləliklə, biz üçtərəfli işçi qrupu çərçivəsində bu məsləhətləşmələri davam etdirmək əzmindəyik”, - nazir müavini vurğulayıb.
Akqabay