Sabah Qazaxıstanın Azərbaycandakı səfirliyində bayraqlar - YARIYA QƏDƏR ENDİRİLƏCƏK

Sabah Qazaxıstanın Azərbaycandakı səfirliyində bayraqlar - YARIYA QƏDƏR ENDİRİLƏCƏK Siyasət
Sabah Qazaxıstanın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endiriləcək.
Bu barədə səfirlikdən məlumat verilib. 

Bildirilib ki, Almatıda baş verən təyyarə qəzası ilə əlaqədar dekabrın 28-i ölkədə matəm günü kimi elan edilib: "Bununla əlaqədar olaraq sabah səfirlikdə bayraqlar yarıya qədər endiriləcək".

Qeyd edək ki, Qazaxıstanın "Bek Air" şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub. Onlardan 12 nəfər ölüb, 49 nəfər xəsarət alıb. /Report/