Şahin Mustafayev Andrey Belousovla görüşdü - FOTO

Şahin Mustafayev Andrey Belousovla görüşdü - FOTO Siyasət

Oktyabrın 9-da Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası hökuməti sədrinin birinci müavini Andrey Belousov ilə görüşüb.

News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd edilib ki, görüşdə nəqliyyat-logistika sektorunda əməkdaşlığın perspektivləri, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin icrası və gəmiqayırma sahəsində kooperasiya məsələləri müzakirə edilib.


Şahin Mustafayev Andrey Belousovla görüşdü - FOTO