Şuşada məscidlərdən birinə İlham Əliyevin adı verilsin - TƏKLİF
Siyasət
Qələbəmizin müəllifi olan İlham Əliyevin adının əbədiləşdirilməsini təklif edirəm. Daha öncə belə bir təkliflə çıxış etmişdim ki, Şuşada məscidlərdən birinə İlham Əliyevin adı verilsin.
News24.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən xüsusi iclası zamanı deyib.
O bildirib ki, indi isə Xankəndidə möhtəşəm məscidə İlham Əliyevin adının verilməsi, Qarabağda isə İlham Əliyevin adına şəhər salınması nəzərdə tutula bilər.
Qumral