Silahlı Qüvvələrin Yardım Fonduna 140 milyon manata yaxın vəsait daxil olub

Silahlı Qüvvələrin Yardım Fonduna 140 milyon manata yaxın vəsait daxil olub Siyasət
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bu il aprelin 1-dək fonda 98.386.852,81 AZN, 213.577,88 ABŞ dolları, 16.036,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrin Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb.