"Tiflis sülh prosesində rolunu uğurla oynayır" - Gürcü nazir

"Tiflis sülh prosesində rolunu uğurla oynayır" - Gürcü nazir Siyasət

“Gürcüstanın əsas məqsədi qardaş saydığı iki ölkə - Azərbaycan və Ermənistanla birlikdə regionda sülh və sabitliyi təmin etməkdir. Tiflis bu prosesdə qərəzsiz oyunçu rolunu kifayət qədər uğurla oynayır”.

News24.az xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili bildirib.

“Baş nazirin (İrakli Qaribaşvili) xüsusi səyləri və hər iki ölkənin rəhbərləri ilə şəxsi münasibətləri sayəsində hər iki ölkə üçün qarşılıqlı faydalı saziş şəklində konkret nəticə əldə etmişik”, - nazir bildirib.

Darçiaşvili vurğulayıb ki, Azərbaycan və Ermənistan açıq şəkildə sülh müqaviləsinin imzalanmasının zəruriliyindən danışmağa başlayıb, onların ritorikası tamamilə sülhə yönəlib.

“İki dost və qardaş xalqımızla birlikdə əsas məqsədimiz regionda sülh və sabitliyi təmin etməkdir”, - deyə o, vurğulayıb.

Ayşən