Sabahın havası AÇIQLANIB
    • 9-05-2019, 12:50
    • 743

Sabahın havası AÇIQLANIB

Sabaha Gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii  Sərvətlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi  gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu  gecə 14-18° isti, gündüz  22-26° isti, Bakıda gecə 16-18° isti, gündüz  24-26° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.    

Azərbaycanın rayonlarında fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 8-13°isti,  gündüz  15-18°isti təşkil edəcək.