Gömrükdə siqaret, mobil telefonlar və aksesuarlar AŞKARLANIB
    • 4-07-2019, 14:38
    • 802

Gömrükdə siqaret, mobil telefonlar və aksesuarlar AŞKARLANIB

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "BMW 523" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az- verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Bundan sonra avtomobilə baxış keçirilib. 

Yoxlama zamanı nəqliyyat vasitəsinin oturacaqlarının altından və sürət qutusunun üst hissəsindən 3000 ədəd "King" markalı siqaret, 1 ədəd "Samsung Galaxy A 30", 1 ədəd "Redmi Note 7" və 2 ədəd "Samsung Galaxy J2 Core" markalı mobil telefonlar, 4 ədəd "qulaqlıq", 10 ədəd USB və yükləyici aşkarlanıb.