Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı EVİ TƏMİR EDİLİR
    • 13-11-2019, 16:15
    • 697

Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı EVİ TƏMİR EDİLİR

Tanınmış mesenat Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda yerləşən bağ evi təmir edilir.

Artıq ərazidə işlərə start verilib. Malikanənin əvvəlki görkəminə qaytarılacağı deyilir. Təmir işləri çərçivəsində bağda sonralar tikilən binalar sökülüb.
Mədəniyyət Nazirliyinin sifarişi və Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən işlərin gələn ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, milyonçunun yaşadığı ev uzun illər xəstəxana və məcburi köçkünlər üçün sığınacaq yeri kimi istifadə edilib./trend/