Sabah bu ərazilərdə işıq fasilələrlə olacaq
    • 9-12-2019, 13:02
    • 599

Sabah bu ərazilərdə işıq fasilələrlə olacaq

Abşeron rayonunun Qobu və Masazır qəsəbələri, At-yalı yaşayış sahəsi, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi və Binəqədi rayonu 28 May qəsəbəsində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq 10/6/0.4 kv-luq EVX-ləri, TM, KTM-lərdə yenidənqurmaişləri davam etdirilir.

"Azərişıq" ASC-dən News24.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq dekabrın 10-da adı çəkilən ərazilərdə elektrik enerjisi təchizatında qısamüddətli növbəli fasilələr yaranacaq