Türkiyə səfirliyi 20 Yanvar faciəsi ilə bağlı DÖVLƏT BAYRAĞINI YARIYA ENDİRDİ
    • 20-01-2020, 14:44
    • 946

Türkiyə səfirliyi 20 Yanvar faciəsi ilə bağlı DÖVLƏT BAYRAĞINI YARIYA ENDİRDİ

Türkiyənin Azərbaycandakı səfirliyində 20 Yanvar faciəsi ilə bağlı ölkənin dövlət bayrağı yarıya endirilib. 

News24.az xəbər verir ki, bu barədə cənab səfir Erkan Özoralın mətbuat müşviri Hüseyn Altınalan məlumat verib. H.Altınalan qeyd edib ki, 20 Yanvar hüzn və qürur günündə həyatını itirən Azərbaycanın qəhrəman övladlarının xatirəsinə səfirlikdə olan Türkiyənin dövlət bayrağı yarıya endirilib.