Ticarət Mərkəzlərində yerləşən ərzaq və geyim mağazaları ilə bağlı - Açıqlama
    • 13-03-2020, 22:30
    • 1 029

Ticarət Mərkəzlərində yerləşən ərzaq və geyim mağazaları ilə bağlı - Açıqlama

"Ticarət Mərkəzlərində yerləşən ərzaq və geyim mağazalarının fəaliyyətində hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb".

News24.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov sabahdan ölkədə tətbiq olunacaq xüsusi rejimlə bağlı Operativ Qərargahın brifinqdə deyib.
Onun sözlərinə görə, ticarət mərkəzlərində yerləşən kafe və restoranlar saat 21:00-a kimi fəaliyyət göstərəcək:

"Gələcək zamanda böyük market və mağazalarda çalışan əməkdaşlar üçün qorunma tədbirləri həyata keçiriləcək. Bu, əlcək və maskadan istifadə, 1 metrlik məsafədən ünsiyyət və digər tələblər ola bilər. Düzdür, çətindir, ancaq müəyyən müddətlik qaydalara riayət etmək lazımdır".