Azərbaycanda koronavirusa yoluxan daha 3 nəfər evə buraxıldı
    • 14-03-2020, 11:57
    • 750

Azərbaycanda koronavirusa yoluxan daha 3 nəfər evə buraxıldı

Koronavirus (COVİD-19)  infeksiyasına yoluxduğu müəyyən edilmiş 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalmış və evə buraxılıblar.

Bu barədə News24.az-a Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib.

Bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmişdir. Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalmışdır. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.