Bakıda dezinfeksiya tədbirləri daha da gücləndirildi
    • 23-03-2020, 13:55
    • 882

Bakıda dezinfeksiya tədbirləri daha da gücləndirildi

Ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti  tərəfindən ciddi təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi daha da gücləndirilib.

BŞİH-dən News24.az-a verilən xəbərə görə, paytaxtda bu xəstəliyə yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə paytaxtın kommunal xidmətlərinin kollektivləri xüsusi gücləndirilmiş iş rejiminə keçərək Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq dezinfeksiya tədbirlərinin həyata keçirilməsini davam etdirirlər. 

Mütəmadi olaraq  paytaxtın kommunal xidmət qurumları tərəfindən xüsusi dezinfeksiyaedici maddələrlə yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, həmçinin digər yerlərdə,  paytaxt sakinlərinin daha çox istifadə etdikləri ticarət mərkəzlərində, akıbazarlarda, iri Mollarda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır,  əlavə qabaqlayıcı və maarifləndirici tədbirlər görülür.